Sumqayıtda istismar müddətini başa vurmuş liftlər təmir edilir


Digərləri 27 İyl 2019 07:55:00 285 0

Sumqayıtda istismar müddətini başa vurmuş liftlər təmir edilir

Gələn ildən Sumqayıtdakı çoxmərtəbəli binalarda olan liftlərdə evakuator, yəni, özünü daşıyan sistem quraşdırılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sistem elektrik təchizatı dayandığı zaman işə düşəcək və liftdə qalan şəxslərin köməyinə çatacaq. Belə ki, həmin lift orada quraşdırılmış nadir qurğu vasitəsilə növbəti mərtəbəyə gətirildikdən sonra qapılar avtomatik açılacaq və insanlar təxliyə olunacaq.

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binalarında olan 594 liftdən 367-si dövlət vəsaiti hesabına yenisi ilə əvəzlənib. Hazırda isə istismar müddətini başa vurmuş 74 liftdə təmir işləri aparılır.