Tramp milli təhlükəsizlik məsələlərini müzakirə edib


Digərləri 27 İyl 2019 07:41:00 216 0

Tramp milli təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp "Google", "Broadcom" və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək ticarət praktikalarını və milli təhlükəsizlik məsələlərini müzakirə edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Vestifinance" resursuna istinadən yazır ki, görüşdə "Micron" şirkətinin baş direktoru Sancay Mehrotra, "Google" baş direktoru Sundar Piçai, "Intel" rəhbəri Robert Svon, "Cisco" başçısı Çak Robbins, "Qualcomm" baş icraçı direktoru Stiv Mollenkopf, "Broadcom" rəhbəri Hok Tan və "Western Digital"ın baş direktoru Stiven Milliqan iştirak ediblər.

Gündəlikdə duran məsələlərdən biri "Huawei" şirkəti ətrafında olan vəziyyət və Çin şirkətinin avadanlıqlarından istifadə ilə əlaqədar təhlükəsizlik problemləri olub.

Bildirilir ki, mayda Donald Tramp hökumətə Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün qəbuledilməz risklər törədən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı sazişləri bloklamaq səlahiyyəti verən fərman imzalayıb.

Fərmanda konkret ölkələr və ya şirkətlər sadalanmasa da, rəsmi şəxslər və sahə təmsilçiləri bildirib ki, sənəd "Huawei" və onun Çindən olan rəqibi "ZTE Corp" şirkətinə qarşı yönəlib.