Bakı Turizm İnformasiya Mərkəzindən turistlərə təqdim edilən menyularla bağlı AÇIQLAMA


Digərləri 27 İyl 2019 07:44:00 202 0

Bakı Turizm İnformasiya Mərkəzindən turistlərə təqdim edilən menyularla bağlı AÇIQLAMA

Bakıda restoranlarda xarici turistlərə adi menyudan fərqli - daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi halları ilə rastlaşmamışıq.

Bakı. İlhamə İsabalayeva – Bakıda restoranlarda xarici turistlərə adi menyudan fərqli - daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi halları ilə rastlaşmamışıq. Bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib. Direktorun sözlərinə görə, mərkəz tərəfindən lazımi qurumlara belə xoşagəlməz halların aradan qaldırılması üçün müraciətlər göndərilib: "Biz də rayonlarda xarici turistlərə fərqli qiymətlərin təklif edilməsi barədə eşitmişik. Amma Dövlət Turizm Agentliyi bu gün ölkəyə turist cəlb etməyə hazırlaşır. Turist gəldiyi ölkədə özünə qarşı çox kiçik belə etinasızlıq görərsə, ikinci dəfə həmin ölkəyə dönmür və oraya getməyi də heç kəsə məsləhət bilmir. Biz turistlərin Azərbaycandan razı getməsinə çalışırıq".