Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına


Digərləri 27 İyl 2019 07:25:00 220 0

Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına

Bakıdan Dubaya uçan Azərbaycan Hava Yolları J2-015 reysinin kapitanı geri dönüb Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsini istəyib.

Son.az Trend-ə istinadən bildirir ki, Airbus A319 təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorun işə düşməsi olub.

Bakı vaxtı ilə 23:28-də təyyarə Bakı hava limanına təhlükəsiz eniş edib. Təyyarəyə baxışdan sonra məlum olub ki, detektor səhvən işə düşüb.

Ümumilikdə, laynerdə, təyyarənin heyəti də daxil olmaqla 113 nəfər olub, xəsarət alan olmayıb.