Bakıda ər hamilə arvadından imtina etdi


Digərləri 26 İyl 2019 23:45:00 230 0

Bakıda ər hamilə arvadından imtina etdi

Bakıda ər hamilə arvadından imtina edib.

Son.az xəbər verir ki, bu barədə məlumatı "qafqazinfo"ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib.

Onun sözlərinə görə, 8 aylıq hamilə olan qadın çıxılmaz vəziyyətdə qalıb:

"Qızın anasıyla atası çoxdan ayrılıb. Anası sonradan başqa kişiyə ərə gedib. Qız isə atasının yanında böyüyüb. Ata anaya olan qəzəbini qızından çıxıb. Ona qarşı zorakılıq edib. Axırda qız anasının razılığı ilə 32 yaşlı kişiyə ərə gedib. Bunların rəsmi nikahı olmayıb. Sən demə, həmin adam evlidir, iki uşağı da var. Hazırda sığınacağda olan qadın 8 aylıq hamilədir. Ərinə zəng vurub danışırıq, deyir ki, mənə lazım deyil, körpəni aparıb uşaq evinə qoysun. Qız indi ortalıqda qalıb".