Azərbaycan nefti ucuzlaşdı


Digərləri 26 İyl 2019 23:20:00 237 0

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.