Ağızdan gələn qoxu anındaca yox olacaq PİS İYİ APARAN ÜSULLAR


Digərləri 26 İyl 2019 23:15:00 285 0

Ağızdan gələn qoxu anındaca yox olacaq  PİS İYİ APARAN ÜSULLAR

Ağızdan gələn qoxu çevrənizdəki insanları narahat edə bilir. Pis iylə heç cürə mübarizə apara bilmirsinizsə, bəhs edəcəyimiz 6 üsulu sınaqdan keçirməyiniz tövsiyə edilir. Üstəlik bu metodlara üçün pul xərcləməyəcəksiniz. 

Son.az medicina.az-a istinadən qızıl qaydaları təqdim edir: 

Hər sabah təbii qarqara edin

Soda əsas qarqara vasitəsidir. Bir stəkan suyun içinə 1 çay qaşığı soda əlavə edib, qarışdırın. Bu su ilə 3 dəqiqə ərzində ağzınızı qarqara edin. Bundan sonra ağzınıza bir yarpaq nanə və yaxud  mixək ata bilərsiniz. Bu proseduru dişlərinzi fırçaladıqdan sonra etməyiniz lazımdır.    Gün ərzində azı 2 litr su için

Sağlam orqanizmin olması üçün su mütləqdir. Ağzınızda yaran su azlığı, qoxuya səbəb olur. Bunun qarşısını almaq üçün mütləq gündə 8 stəkan su için. Su ağızda yarana bakteriyaları məhv edir.   Dilinizi fırçalayın

Dişləri fırçalamaq azdır. Buna görə də, dişlərlə birgə dilinzi də təmizləyin. Bu əməliyyatı bəzi insanlar lazımsız hesab edir, lakin bu belə deyil. Tam əskinə. olduqca vacibdir - ağızdan gələn pis qoxunu önləyir, dilin üzərində yaranan bakteriyaları təmizləyir.

Bunun ardından sodalı su ilə qarqara edə bilərsiniz.   Diş ipi istifadə etməyi yaddan çıxartmayın

Dişlərinzi fırçaladıqdan sonra da ağzınızdan iy gəlirsə, deməli, dişlərinizin arasında qida qalığı qalıb. O da qoxuya səbəb olur. Diş fırçaları dişlərinizin sıx olan aralarına çata bilmir. Ona görə də həmin yerləri diş ipi ilə təmizləyin.