İsti hava: daha yaxşı yuxu üçün 10 məsləhət


Digərləri 26 İyl 2019 23:05:00 360 0

İsti hava: daha yaxşı yuxu üçün 10 məsləhət

Temperatur artdıqca insanların beynini bir fikir məşğul edir: keyfiyyətli gecə yuxusunu necə almalı?

Son.az medicina.az-a istinadən bildirir ki, istilərlə mübarizədə bəzi üsulları sınaqdan keçirə bilərsiniz. 

1. Mürgüləmək olmaz

İsti hava insanları davamlı olaraq yuxulu hiss etdirir. Bu, həmin havalarda daxili istiliyi tənzimləməyə daha çox enerji sərfi ilə bağlıdır. Lakin əgər sizin gecə yuxunuz artıq pozulubsa, çalışın gün içində mürgüləməyin. İsti havada yaxşı yatmaq vacibdir - ona görə də yatmağı yuxu vaxtına saxlayın. 2. Həyat tərzinizi dəyişməyin

İsti hava sizi vərdişlərinizi dəyişməyə sövq edə bilər. Etməyin. Bu, yuxu rejiminizi poza bilər. Gündəlik yuxu vaxtınızı və həyat tərzinizi qorumağa çalışın. Yatmazdan əvvəl gördüyünüz işlərinizi təxirə salmayın. 3. Sərin saxlayın

Ən önəmli məsələlərdən biri yataq otağını gecə mümkün olduğu qədər sərin saxlamaqdır. Gün ərzində pərdələri və ya kölgəlikləri bağlayın ki, günəş şüalarının içəri dolmasının qarşısını ala biləsiniz. Bir də çalışın ki, evinizin günəşli tərəfindəki pəncərələri bağlı saxlayasınız. Bu, sizə isti havanı evə doldurmağın qarşısını almağa imkan verəcək. Yatağa getməzdən əvvəl isə evdəki bütün pəncərələri açıq qoyun ki, yelçəkər yaransın.   4. Yataq

Yatağınızı incəldin və pambıq örtükləri saxlayın, çünki onlar təri hopdurmaq üçün uyğundurlar. Həm də yataq otağınız hər nə qədər isti olsa da, gecə boyunca bədən istiliyi aşağı düşür və bəzən üşüdüyünüz üçün yuxudan ayılırsınız.   5. Ventilyator

Hətta lap kiçik ventilyator belə isti havada həssaslıq verə bilər, xüsusilə nəmişlik varsa. O, bədəninizdəki təri buxarlanmağa sövq edərək və sizin daxili istiliyinizi tənzimləməyə kömək edir. Əgər ventilyatorunuz yoxdursa, isti su üçün olan butulkaya buz kimi soyuq məhlul töküb istifadə edə bilərsiniz. Alternativ olaraq, corabları soyuducuda saxladıqdan sonra geyinə bilərsiniz. Ayaqlarınızı sərin saxlamaq ümumi bədən və dəri istiliyinizin aşağı düşməsinə səbəb olacaq.

6. Kifayət qədər su için

Gün ərzində yetərli miqdarda su için. Lakin yatağa getməzdən əvvəl suyun miqdarını azaldın. Ehtimal ki, yuxudan susuz oyanmaq istəmirsiniz - lakin eyni zamanda yuxunun şirin vaxtında vanna otağına əlavə "səfər" etmək də istəməzsiniz.   7. Nəyi içdiyiniz haqda yaxşı düşünün

Yüngül içkilərlə ehtiyatlı olun. Bu içkilərin bir çoxu böyük miqdarda kofein ehtiva edir, bu da mərkəzi sinir sistemini stimullaşdırır və yuxunu qaçırır. Yüksək miqdarda alkoqol istifadəsindən də çəkinin. Bir çoxları isti havada daha çox sosiallaşdıqları üçün daha çox alkoqol qəbul edirlər. Spirtli içkilər insanı erkən yatmağa təşviq etsə də, erkən də oyanmağa sövq edir, üstəlik, ümumilikdə yuxunun keyfiyyətinə pis təsir edir.   8. Sakit olun