Yüksək təzyiq xəstələri hər gün bu çərəzdən yesin FAYDASI


Digərləri 26 İyl 2019 21:54:00 294 0

Yüksək təzyiq xəstələri hər gün bu çərəzdən yesin  FAYDASI

Yüksək təzyiqdən əziyyət çəkən insanlar hər gün az miqdarda qoz yesələr, təzyiqləri normaya düşə bilər. Bunu Pensilvamiya tədqiqatçıları bildirir. 

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər qozun tərkibində olan alfa-linolen turşusu müalicəvi təsir edir.

Eksperimentdə iştirak edən 45 könüllü 3 qrupa bölünür. Onlara doymuş yağlar az verilib. Bir qrupa isə hər gün qoz yemək təklif edilir. Qalan 2 qrupa doymamış yağ turşularını digər mənbələrdən verirlər.

6 həftə ərzində onlardan qan analizi alınır, təzyiq ölçülür. 6 həftəlik nəticələrdən məlum olub ki, gündə qoz qəbul edən hipertoniklər qrupunda arteial təzyiq daha effektiv düşüb.  Ona görə də yüksək təzyiqli xəstələrin gün ərzində yarım ovuc qozu hissə-hissə yeyib bitirməsi tövsiyə olunur.