Böcəkləri evinizdən uzaqlaşdıran bitkilər SİYAHI


Digərləri 26 İyl 2019 21:45:00 287 0

Böcəkləri evinizdən uzaqlaşdıran bitkilər  SİYAHI

İsti mövsümlərdə böcəklər artır. Zərərli kimyəvi maddələr istifadə etmədən və təbiətin balansı ilə oynamadan həşaratlardan xilas olmaq istəyirsiniz. "Evdə böcəklər varsa nə edim?" kimi suallarla beyninizi yormayın. Son.az medicina.az-a istinadən həll yolunu təqdim edir. Təbii bitkilərlə bu problemdən xilas ola bilərsiniz.

Reyhan

Uzaqlaşdırdığı zərərli canlılar: Ağcaqanadlar, otaq milçəyi

Havaların isinməsi ilə gecə və gündüz həşaratların dişləməsindən narahat oluruq. Narahat verən bu canlılardan qurtulmaq üçün reyhandan istifadə edib, rahat nəfəs ala bilərsiniz. Qoxusu sayəsində ağcaqanad və ev milçəyini evdən uzaq tutmaq mümkündür. Belə ki, otaqlarda, pəncərələrin önündə,eyvanda dibçəkdə reyhan saxlamağınız bu istiqamətdə köməyinizə dəyəcək. Hətda qaynar suyun içinə reyhan yarpağı atıb soyumasını gözləyin.daha sonra sprey qablaşdırmaya töküb istifadə edə bilərsiniz.   Lavanda

Uzaqlaşdırdığı zərərli canlılar: Güvə, ev milçəyi, ağcaqanad, birə

Lavanda paltarları güvədən qorumaq üçün ən əlverişli vasitədir. Bu bitki milçək, birə və ağcaqanadları evdən qovur. Baxçanızın günəş düşən yerlərinə əkə bilərsiniz. Həmçinin dibçəklərdə yetişidirib evdə saxlamaq yaxşı üsuldur. Bu bitkinin ətri insanlara xoş gəlsə də həşəratlara əks təsir edir.   Allium

Uzaqlaşdırdığı zərərli canlılar: yarpaq biti, çılpaq ilbiz

Baxçanızda və eyvanınızda bitkilərinizə zərər verən böcəklərdən xilas olmağın yolu alliumdur. Nəhəng soğan yəni allium  soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növüdür.

Rozmarin