Rusiyalı gimnast: Bakıdakı Gimnastika Arenasının zalı çox gözəldir


Digərləri 26 İyl 2019 21:19:38 222 0

Rusiyalı gimnast: Bakıdakı Gimnastika Arenasının zalı çox gözəldir

Bakıda yarışların təşkili çox yüksək, Milli Gimnastika Arenasının zalı isə çox gözəldir.

Bakı. Cani Babayeva - Bakıda yarışların təşkili çox yüksək, Milli Gimnastika Arenasının zalı isə çox gözəldir. Bunu Trend-ə XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışların qızıl medalçısı rusiyalı gimnast Viktoriya Listunova deyib. İdmançı onu qələbəyə aparan çıxışından danışarkən bildirib: "Doğrusunu desəm, havaya atılarkən bacaracağımı gözləmirdim. Rəqiblərimdə bu hərəkət daha mürəkkəb idi və onlarda da alınmadı, səhfə yol verdilər".