Siqareti tərgidəndən sonra...


Digərləri 26 İyl 2019 20:55:00 244 0

Siqareti tərgidəndən sonra...

Siqaret çəkmək kimi zərərli vərdişdən yaxa qurtarmaq heç də asan olmur. Çox vaxt bu zərərli vərdişin aludəçiləri ondan xilas olmağın yolunu bilmirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun təklif etdiyi təbii reseptlər siqareti tərgitdikdən sonra boğazda qıcıqlanma, öskürək və allergik proseslərin aradan qaldırılması üçündür.

Onun dediyinə görə, həmin reseptlərə əməl edilməsi bəlğəmin xaric olunmasını asanlaşdırdığına görə bronxları da təmizləyir: "Hər səhər yeməkdən yarım saat əvvəl keçibuynuzu meyvəsi doğranılır, 400 ml qaynar suda dəmlənilib süzüləndən sonra içilir.

Günorta 1 xörək qaşığı dazıotu 1 stəkan suda dəmlənilərək içilir. Dazıotu antidepresant olduğu üçün asılılıqllardan qurtulmaq üçün sinir gərginliyini aradan götürür.