Türkiyəli tamaşaçı: İdman gimnastikası üzrə yarışlarda hər şey bütün xırdalıqlarına qədər nəzərə alınıb


Digərləri 26 İyl 2019 19:19:56 209 0

Türkiyəli tamaşaçı: İdman gimnastikası üzrə yarışlarda hər şey bütün xırdalıqlarına qədər nəzərə alınıb

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışların təşkili çox gözəldir.

Bakı. Cani Babayeva - XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışların təşkili çox gözəldir. Bunu Trend-ə yarışları izləyən türkiyəli azarkeş Şeyma Kendirci deyib. Tamaşaçı bildirib: "Qızım Cemre Kendirci idman gimnastikası üzrə yarışlarda iştirak edib, lakin təəssüf ki, finala çıxa bilməyib. Qeyd etməliyəm ki, yarışlar çox yüksək səviyyədə təşkil olunub, hər şey bütün xırdalıqlarına qədər nəzərə alınıb. Biz çox razı qaldıq. İlk dəfədir Bakıdayam, artıq şəhəri gəzdim, qonaqpərvərliyinə vuruldum, Bakı çox gözəl şəhərdir. İçərişəhəri isə daha çox sevdim".