Masallıda ölümlə nəticələnən QƏZA baş verib


Digərləri 26 İyl 2019 19:12:00 182 0

Masallıda ölümlə nəticələnən QƏZA baş verib

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayonunun 2-ci Səmidxan kənd sakini Səadət Manafova yerləşdirildiyi xəstəxanada ölüb.

Bakı. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Masallı rayonunun 2-ci Səmidxan kənd sakini Səadət Manafova yerləşdirildiyi xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb. Masallı RPŞ tərəfindən araşdırma aparılır.