Şuşada 5 erməni öldü


Digərləri 26 İyl 2019 19:07:00 216 0

Şuşada 5 erməni öldü

Azərbaycanın işğal altında olan Şuşa şəhəri yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 16:30 radələrində Tex kəndindən Qarabağ istiqamətində hərəkət edən "QAZ-31105" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə biri sürücü, 4-ü sərnişin olmaqla 5 nəfər hadisə yerində ölüb. Hadisə yerinə polis və təcili yardım işçiləri gəlirlər.

Avtomobil 27 yaşlı Tex sakininin adına qeydiyyatda olub.