Qəbələ və Şəmkirdə 3 tondan artıq çətənə kolu məhv edilib


Digərləri 26 İyl 2019 18:57:15 291 0

Qəbələ və Şəmkirdə 3 tondan artıq çətənə kolu məhv edilib

Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nohur Qışlaq kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,5 ton olan 1100 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Mahmudlu kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 ton olan 1650 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.