Makron məzuniyyətini yarımçıq saxladı


Dünya 26 İyl 2019 19:00:00 251 0

Makron məzuniyyətini yarımçıq saxladı

Fransa prezidenti Emmanuel Makron fort Breqanson iqamətgahında istirahətini yarımçıq saxlamaq barədə qərar verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb isə onun Tunisə mərhum prezidentin dəfn mərasiminə yollanması qərarıdır.

Qeyd edək ki, Tunis prezidenti Əs-Sebsi ötən gün 92 yaşında dünyasını dəyişib.

E.Makronun həyat yoldaşı ilə birlikdə istirahət etdiyi qeyd edilir.