Ərdoğanın oğlu Gədəbəydə FOTO


Digərləri 26 İyl 2019 18:41:00 261 0

Ərdoğanın oğlu Gədəbəydə  FOTO

Bu gün Gədəbəydə keçirilən "Milli Yaylaq Festivalı"na start verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan" Tarix və Mədəniyyət Fondu və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunan tədbirdə yerli icra hakimiyyətinin rəhbərliyi, Kənd Təsərrüfatı naziri İnam Kərimov, TİKA rəhbərliyi, Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Erdoğan, siyasi və ictimai xadimlər iştirak edir.

Tədbiri giriş sözü ilə Gədəbəyin icra başçısı İbrahim Mustafayev açıb. O, çıxışında Gədəbəyin potensialından danışıb. Daha sonra söz alan Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında festivalın mahiyyətindən bəhs edib.

Tədbir çıxışlarla davam edir.


Xəbərə aid fotolar