Ərdoğan: "S400ü istifadəyə verəcəyik, F35ə alternativ tapacağıq"


Dünya 26 İyl 2019 18:22:00 242 0

Ərdoğan: "S400ü istifadəyə verəcəyik, F35ə alternativ tapacağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin gələn ilin aprelində istifadəyə verilməsi planlarını təsdiqləyib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Ərdoğan, Türkiyənin F-35 qırıcı bombardmançı təyyarələrini Amerikayla müştərək istehsalının dayandırılmasına rəğmən, rəsmi Ankaranın təhlükəsizliyini hər hansı təhdiddən qorumaq üçün hər şeyə hazır olduqlarını bildirib. 

Dövlət başçısı, həmçinin bildirib ki, Türkiyə alternativ varinatları da nəzərdən keçirməyə hazırdır. Amerika dövlət katibi Mayk Pompeo isə cavabında bildirib ki, bu açıqlamalar Rusiyanının C-400 almaq üçün Türkiyəni sanksiyalarla hədələməsindən sonra verilib.  Daha əvvəl isə bildirilmişdi ki, 2017-ci ilin sentyabrında Rusiya tərəfi Türkiyə ilə S-400 tədarükü üçün müqavilə bağladığını elan edib. Hava hücumundan müdafiə qurğusunun dəyəri 2,5 milyard dollardır. Qurğuların ilkin çatdırılmaları 12 iyun tarixində baş tutmalı olsa da, ABŞ və NATO nümayəndələri qeyd ediblər ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması onları bu proqramdan kənarda qoyub.