Festivalın voleybol yarışlarında Rusiyanın qadınlardan ibarət komandası finala yüksəlib


Digərləri 26 İyl 2019 17:53:00 217 0

Festivalın voleybol yarışlarında Rusiyanın qadınlardan ibarət komandası finala yüksəlib

İyulun 26-da "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsinin dördüncü günündə ilk yarımfinal görüşləri yekunlaşıb.

Bakı. İyulun 26-da "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsinin dördüncü günündə ilk yarımfinal görüşləri yekunlaşıb. Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən qızların yarışında birinci yarımfinal oyununda Rusiya və Türkiyə milliləri finalda mübarizə aparmaq uğrunda görüşüblər. Oyunda Rusiya voleybolçuları rəqiblərini 3:1 (25:22, 20:25, 25:22, 25:21) hesabı ilə məğlub edərək festivalın finalına yüksəliblər. Həlledici qarşılaşmada onların rəqibi İtaliya – Rumıniya cütünün qalibi olacaq. Türkiyə isə üçüncü yer uğrunda mübarizə aparacaq.