Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırıb


Digərləri 26 İyl 2019 17:03:00 203 0

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırıb

Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb

Bakı. Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilir. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır: Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Təşkilat Komitəsinin üzvləri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru. Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirməli, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratmalı və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etməli, müsabiqənin keçirilməsi qaydalarını təsdiq etməli, işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etməlidir. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilir. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılır. Maliyyə Nazirliyi nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin