Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlandı


Digərləri 26 İyl 2019 16:29:12 188 0

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlandı

"Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb.

Bakı. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, ön oturacaqların altında gömrük nəzarətindən gizlədilmiş 3125 ədəd "Belamorkanal" papirosları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.