İran gəmisinin qəzaya uğradığı yerə FHNnin 2 helikopteri cəlb olunub


Digərləri 26 İyl 2019 16:10:07 238 0

İran gəmisinin qəzaya uğradığı yerə FHNnin 2 helikopteri cəlb olunub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.

Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə Nazirliyin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.