Ukraynalı gimnast EYOF Bakı 2019-da qızıl medal qazandı


Digərləri 26 İyl 2019 16:03:42 204 0

Ukraynalı gimnast EYOF Bakı 2019-da qızıl medal qazandı

Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda sərbəst hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirlib.

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda sərbəst hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirlib. Trend-in məlumatına görə, sərbəst hərəkətlərdə birinci yeri ukraynalı idmançı Nazar Şepurnıy (14,300 xal), ikinci yeri yenə ukraynalı gimnast İlya Kovtun (14,000 xal), üçüncü yeri isə rusiyalı atlet İvan Kulyak (13,966 xal) tutub. Azərbaycanlı gimnast Səməd Məmmədli isə sərbəst hərəkətlərdə 13,733 xal toplayaraq altıncı yeri tutub. Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.