Avropanın ən uzunömürlüləri bu ölkədə yaşayır


Digərləri 26 İyl 2019 15:51:00 233 0

Avropanın ən uzunömürlüləri bu ölkədə yaşayır

İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 il ərzində öz 100 illik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. Ölkənin 1112 sakininin yaşı 105-i keçib.

Son.az xəbər verir ki, bu göstəricilər İtaliyanın "Istat" Milli Statistika İnstitutunun dərc etdiyi "Cent'anni e non sentirli" hesabatından götürülüb.

2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14456 insan yaşayır. Onların 84 faizini qadınlar təşkil edir.

2009-2019-cu illər arası dövrdə yaşı 110-a çatan və yuxarı olan 125 nəfərin 93 faizi qadınlardır.

İtaliya Avropa məkanında Fransa ilə yanaşı, yaşı 100-dən yuxarı uzunömürlülərin sayına görə rekord vurub.