“Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görülüb FOTO


Digərləri 26 İyl 2019 15:24:00 259 0

“Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görülüb  FOTO

"Bu gün "Azərişıq" ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, dayaqlardan, 4 ədəd yeni Komplekt Transformator Məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizaını yaxşılaşdıracaq: "Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minə yaxın abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir".

"Azərişıq" rəsmisi, həmçinin bildirib ki, təmsil etdiyi qurum Gədəbəydə keçirilən "Milli Yaylaq Festivalı" zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb: "Bundan əlavə festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün "Azərişıq" olaraq "Milli Yaylaq Festivalı"nı ehtiyat generatorla təchiz etmişik".

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən bəri "Azərişıq" genişmiqyaslı yenidənqurma işləri üçün Gədəbəy rayonundan əlavə regionlara avadanlıqlarla təchiz olunmuş 12 maşın karvanı yola salıb. Onlar Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad, Goranboy rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun "Kənd Binəqədi", Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.


Xəbərə aid fotolar