Ağdamda qəzada yaralanan şəxs xəstəxanda öldü


Digərləri 26 İyl 2019 15:02:00 230 0

Ağdamda qəzada yaralanan şəxs xəstəxanda öldü

Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayonun Quzanlı qəsəbəsi ərazisində Ədilxan Adıgözəlovun idarə etdiyi "VAZ-21063" markalı avtomobillə Kazım Heydərovun idarə etdiyi "VAZ-2170" markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində Ə.Adıgözəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və iyulun 25-də ölüb.

Faktla bağlı Ağdam Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.