Ermənilər "Heç küsməyin yeridirmi" mahnısını da oğurladılar


Kriminal 26 İyl 2019 14:45:00 239 0

Ermənilər "Heç küsməyin yeridirmi" mahnısını da oğurladılar

Mərhum bəstəkar Tahir Əkbərin mahnıları oğurlanıb. Bu haqda onun ailəsi şikayət edib.

Son.az axşam.az-a istinadən bildirir ki, T.Əkbərin bəstələdiyi, sözləri Nəbi Xəzriyə aid olan "Heç küsməyin yeridirmi" mahnısını erməni musiqiçi Qagik Stepanyan oğurlayıb. O, musiqiyə erməni dilində sözlər yazıb. "Qaqoyi par" adını verdiyi mahnı "Youtube"da yerləşdirilib.

Bildirilib ki, T.Əkbərin oğurlanan digər bəstəsi "Amin"dir. belə ki, İranda mahnının sözləri çıxarılıb və dini musiqi kimi təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl T.Əkbərin "Əzizim" bəstəsi Türkiyədə bir müğənni tərəfindən oğurlanmışdı.