2 gün əvvəl "Mercedes"in vurduğu piyada xəstəxanada öldü


Digərləri 26 İyl 2019 14:42:57 222 0

2 gün əvvəl "Mercedes"in vurduğu piyada xəstəxanada öldü

Xətai rayonunun R.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xətai rayonunun R.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 24-də saat 19 radələrində Xətai rayonunun R.Məmmədov küçəsində Ağsu rayon sakini V.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Solmaz Rəsulovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 25-də orada ölüb.