Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək


Digərləri 26 İyl 2019 14:19:35 214 0

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 27 iyul-2 avqust 2019-cu il tarixdə qabiliyyət imtahanı keçiriləcək.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 27 iyul-2 avqust 2019-cu il tarixdə qabiliyyət imtahanı keçiriləcək. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qabiliyyət imtahanı üçün qeydiyyat iyulun 20-dən 24-dək aparılıb. Qabiliyyət imtahanına buraxılış 150 (yüz əlli) bal olaraq müəyyənləşdirilib. Abituriyentlərin dünyagörüşü səviyyəsinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə DİM tərəfindən Dini-Psixoloji Komissiya yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutun və DİM-in əməkdaşları daxil ediliblər. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanlarının xüsusi metod yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri; İslamşünaslıq ixtisasına uyğunluqları; gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri; insanlarla ünsiyyət bacarıqları; xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək.