“Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görülüb (FOTO)


Digərləri 26 İyl 2019 14:03:00 236 0

“Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görülüb (FOTO)

Bu gün “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb.

Bakı. Elçin Mehdiyev - Bu gün “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, dayaqlardan, 4 ədəd yeni Komplekt Transformator Məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizaını yaxşılaşdıracaq: “Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minə yaxın abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir”. “Azərişıq” rəsmisi, həmçinin bildirib ki, təmsil etdiyi qurum Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb: “Bundan əlavə festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün “Azərişıq” olaraq “Milli Yaylaq Festivalı”nı ehtiyat generatorla təchiz etmişik”.