Sumqayıtda dənizdə batan şəxsin axtarışları aparılır
Digərləri 26 İyl 2019 13:56:00 216 0
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Bu barədə Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: milli.az