Bioloji Resurs Mərkəzində ağlasığmaz "mənzərə"


Dünya 26 İyl 2019 13:34:00 246 0

Bioloji Resurs Mərkəzində ağlasığmaz "mənzərə"

Bioloji Resurs Mərkəzi məhkəməyə verilib.

Son.az New York Post-a istinadla xəbər verir ki, şikayət əsasında Bioloji Resurs Mərkəzində araşdırma aparan təhqiqatçılar dəhşətli "mənzərə" ilə qarşılaşıblar.

ABŞ-ın Arizona ştatında yerləşən mərkəzdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxslərin ailələrinə hər hansı ödəniş edilmədən cəsədlər götürülüb və bioloji sınaqlar üçün istifadə edilib.

Ölən şəxslərin yaxın qohumları mərkəzi məhkəməyə vermə səbəbi kimi, işçilərin cəsədlərə qarşı "hörmətsiz" davranışlarını göstəriblər.

Belə ki, orada işləyən şəxslər cəsədlərdən "əyləncə vasitəsi" kimi istifadə ediblər. Bioloji Resurs Mərkəzində bədəni kişi bədəni olan, lakin baş hissəyə taxtayla qadın başı taxılmış insan cəsədi tapılıb.