Ağdamda yol qəzasında xəsarət alan şəxs xəstəxanda öldü


Digərləri 26 İyl 2019 13:30:00 228 0

Ağdamda yol qəzasında xəsarət alan şəxs xəstəxanda öldü

Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev – Ötən gün Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, rayonun Quzanlı qəsəbəsi ərazisində Ədilxan Adıgözəlovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Kazım Heydərovun idarə etdiyi “VAZ-2170” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində Ə.Adıgözəlov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və iyulun 25-də ölüb.