"Türk Hava Yolları"ndan viza rejiminin ləğvi ilə bağlı ÖZƏL:


Digərləri 26 İyl 2019 13:06:00 290 0

"Türk Hava Yolları"ndan viza rejiminin ləğvi ilə bağlı ÖZƏL:

Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.

Direktorun sözlərinə görə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları daha öncə də çox asan şəkildə viza alırdılar. Lakin viza rejiminin ləğvi ilə Türkiyədən Azərbaycana gələn turistlərin sayı artacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.