Türkiyədə mikroavtobus aşıb: yaralılar var


Dünya 26 İyl 2019 08:59:00 205 0

Türkiyədə mikroavtobus aşıb: yaralılar var

İstanbulda mikroavtobus aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 03:00 radələrində Kağızhane bölgəsində baş verib.

Bildirilir ki, mikroavtobusun sürücüsü idarəetməni itirərək aşıb.

Qəza nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğu bildirilir.