Hava limanından 750 kiloqram qızıl oğurlanıb


Dünya 26 İyl 2019 08:49:00 221 0

Hava limanından 750 kiloqram qızıl oğurlanıb

Naməlum şəxslər Braziliyanın San Paulu şəhərindəki beynəlxalq hava limanından 750 kiloqram qızıl oğurlayıblar.

Trend-in məlumatına görə, bu barədə "Globo" portalı xəbər verib.

Cinayətkarlar iyulun 25-də hava limanına polis avtomobilinə bənzəyən iki maşınla gəliblər. Onlar həmçinin hüquq-mühafizə orqnlarının formasını geyinib silahlanmışdılar.

Yük terminalına girdikdən sonra cinayətkarlar Brink's şirkətinə məxsus ikasator furqonunu qarət edərək qaçıblar.