"JARA2019"un açılışından FOTOLAR


Şou-biznes 26 İyl 2019 08:24:00 227 0

"JARA2019"un açılışından FOTOLAR

Bakıda iyulun 25-dən 28-dək Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçiriləcək "Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Son.az Trend-ə istinadən bildirir ki, festival sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb.

Həyəcanlandırıcı çıxışlar, lirik kompozisiyalar, ekstravaqant səhnə geyimləri və səhnə şousu tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Filip Kirkorov, Qriqoriy Leps, Zülfiyyə Xanbabayeva, Lolita, Sergey Lazarev, Valeriya, Ani Lorak, "Vremya i Steklo" dueti, Artik & Asti, Burito, Monatic, Nastya Kamenskix, A Studio, Olga Buzova, Vera Brezhneva, Glukoza ilk festival günündə, Rita Dakota, Zivert, Alexander Panayotov, Mozgi qrupu, Maks Barski, Bosson, Çingiz Mustafayev, Albina Djanabaeva, Kristina Orbakayte, Nikolay Baskov, Alessandra Safina, Fidan Hüseynova, Dmitry Matatov, Yuliya Beretta, Maşa Romanova, Elina Çaqa festivalın birinci günündə çıxış ediblər.

Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir. Qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lyube" qrupunun yaradıcılıq gecələri və Timatinin solo konserti təqdim ediləcəkdir.

Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqoriy Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Serqey Kojevnikovdur.