Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib


Dünya 26 İyl 2019 08:28:00 284 0

Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Qara rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.