Fransada havaların isti keçməsi ciddi problemlər yaradıb FOTO


Digərləri 26 İyl 2019 08:12:00 222 0

Fransada havaların isti keçməsi ciddi problemlər yaradıb  FOTO

Fransada son günlər havaların kəskin isti keçməsi ciddi problemlər yaradıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin şimalında ilk dəfə belə istilərin olduğu bildirilir. Əhaliyə isti hava ilə əlaqədar qaydalara riayət etmənin vacibliyinə dair xəbərdarlıq edilib. Qatarların hərəkəti dayandırılıb, uşaq bağçaları bağlanıb. İdman mərkəzlərinə fəaliyyətlərini dayandırmaqla bağlı xəbərdarlıq edilib.

Baş Nazir Eduard Filip insanlara son dərəcə diqqətli olmaq, Ekoloji Keçid naziri Elizabet Born isə evdən çıxmamaq, bütün səfərləri təxirə salmaqla bağlı bəyanat veriblər. Ölkədə kondisionerlərlə bağlı da problem yaşanır.


Xəbərə aid fotolar