Daxili gəmiricidən necə qurtulmaq?


Digərləri 25 İyl 2019 23:50:00 220 0

Daxili gəmiricidən necə qurtulmaq?

Hər bir insan yaxşı və saleh bəndə olmaq istəyir. Heç bir insan istəməz ki, ona "sən pis insansan" desinlər. Ancaq heç kim haradan başlayacağını bilmir.

Ayətullah Cavadi Amuli bizə özümüzü necə islah etməyimizin yollarını öyrədir.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər bir insanın insanşünaslıqdan xəbəri olmalıdır. O ali məktəbdə ki, insanşünaslıq tədris edilmir, deməli təhsili naqisdir. Qurai-Kərimin əksər ayələri bizə insanın şəxsiyyətindən söz açır və insanlığın əsl amillərini bizə tanıdır. Ona görə də əgər biz özümüzü tanımasaq, təhsil aldığımız elmdən bəhrələnə bilməyəcəyik.

İnsan bəzən daxildən zərər görür və bəzən də xaricdən. Xarici atəş insan cisminə təsir qoyur. Biz hamımız bu atəşi və ondan qaçmaq yollarını tanıyırıq. Ancaq daxili atəş can və ruhumuzu yandırır. Bizim daxilimizdə ya yandırıcı atəş var, ya da İlahi nur.

Allah Təala Quranda cismin və ruhun yanması haqqında söz açmışdır. Cismin yanması haqqında buyurur:"Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar". ("Cinn" 15). O kəs ki, zülm əhlidir, Allah onu belə cəzalandıracaqdır.

Bəzi insanlar isə daxildən atəş istehsal edərlər. Onlar kafirlərin rəhbərləridir ki, Allah onların haqqında buyurur:"Onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin". ("Bəqərə" 24). Bu insanların atəşi özlərindəndir.

Bəzilərinin isə ruh və canları belədir: "Və sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar)". ("Huməzə" 5-7).

Allah heç bir insanı cəhənnəm odunu olsun deyə xəlq etməmişdir. O, hamını pak və şəffaf xəlq etmişdir. Hər nə gəldi yemək, hər nəyə gəldi baxmaq, hər nə gəldi demək get-gedə insanın daxilini atəşə çevirər. İnsanın canı zülal bir dənizdir. Əgər nalayiq fikirlərlə çirklənməzsə, varlıq aləminin sirləri onda təcəlli olar.