Bakıda “JARA-2019”un açılışı olub (FOTO)


Digərləri 25 İyl 2019 23:30:00 226 0

Bakıda “JARA-2019”un açılışı olub (FOTO)

Bakıda iyulun 25-dən 28-dək Xəzər dənizinin sahilindəki ən gözəl istrahət mərkəzlərinin birində keçiriləcək "Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub

Bakı. Bakıda iyulun 25-dən 28-dək Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçiriləcək "Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının açılışı olub. Açılışda ulduzlar ənənəvi olaraq qırmızı xalı üzərindən keçiblər, aparıcı Yana Koşkina, Konstantin Tarasyuk və jurnalistlərin suallarını cavablandırdılar. Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir. Qonaqlara Qriqori Leps, Stas Mixaylov və "Lube" qrupunun yaradıcılıq gecələri və Timatinin solo konserti təqdim ediləcəkdir. Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio" və "Qızıl Gramofon" Mükafatının təsisçisi Sergey Kozhevnikovdur. Bu gün festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilir.