Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar?


Digərləri 25 İyl 2019 22:15:00 285 0

Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar?

Səfər hökmləri ilə bağlı fiqh məzhəblərinin görüşləri fərqlidir. Nəinki şiə və əhli-sünnə məzhəbləri arasında, hətta dörd əhli-sünnə məzhəbinin də arasında fikir ayrılıqları vardır. əvvəla, onu deyək ki, hənəfi məzhəbinə görə, səfərdə olan şəxsin namazları qəsr ilə (yəni 4 rükətlik namazları 2 rükət şəklində) qılması lazımdır, namazı qəsdən bütöv qılmaq məkruh sayılır.

Son.az islam.az-a istinadən bildirir ki, səfər məsafəsi hənəfi məzhəbindəki üstün görüşə görə, üç gün ərzində, hər gün 6 saat olmaq şərti ilə üst-üstə 18 saat müddətində qət edilən yol kimi qəbul edilir. Bu məsafə təqribən 90 km.-dir. Hənəfi məzhəbinə aid keçmiş fiqh kitablarında səfər məsafəsi 120,96 km. (24 fərsəx) qeyd edilirdi. Həmçinin, hənəfiliyə görə, getdiyi yerdə 15 gündən çox qalmağa niyyət edən kəs həmin yerdə vətəndəki kimi sayılır (yəni ibadətlərini bütöv yerinə yetirir).