Buna görə məni bağışla...


Digərləri 25 İyl 2019 21:40:00 317 0

Buna görə məni bağışla...

Allahım, Sənin dərgahında dayanmışam və Sənə tərəf əllərimi qaldırmışam. Bunu yaxşı bilirəm ki, Sənə yaxşı bəndəlik edə bilmirəm və günahlarım çoxdur. Əgər həya yolunu tutsaydım, Səndən bağışlanma istəməkdən çəkinərdim.

Ancaq Allahım...

O zaman ki, günahkarları dərgahına qəbul etdiyini eşidirəm və onları bağışlayacağın vədini verdiyindən agah oluram - mənim də qəlbim titrəyir və ümid nuru alovlanır. Sən mehribanların ən mehribanısan. Ona görə də Sənə pənah aparıram bu xata və günahlarımdan.

Məni bağışla...

Göz yaşlarım xatirinə məni bağışla.

Gecə ibadətlərimə xatir məni bağışla.

Yoxsullara etdiyim infaqa görə məni bağışla.

Valideynlərimə etdiyim yaxşılıqlara görə məni bağışla.

Sənin haramlarından çəkinib, ancaq halallarına üz tutduğum üçün məni bağışla.

Sənin bağışlayan olmana ümid bəslədiyim üçün məni bağışla.