Qiyamət günü qurulan ədalət məhkəməsi


Digərləri 25 İyl 2019 21:50:00 226 0

Qiyamət günü qurulan ədalət məhkəməsi

"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir". ("Zəlzələ" 7-8).

"Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq. (Ona deyilər:) "Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən"" ("İsra" 13-14).

Ona deyilər ki, əməl dəftərini oxu və sən öz hesabını verməyə özün kifayətsən.

"Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir. Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır". ("Qəmər" 52-53). Yəni, bu əməl dəftərində hər şey yazılmışdır, kiçik əməldən tutmuş böyük əməllərə qədər.

"Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab - kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri "Siccin"dədir. Və sən nə bilirsən ki, "Siccin" nədir? (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur). Vay halına o günü təkzib edənlərin. O kəslərin ki, cəza gününü təkzib edirlər. Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər. O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman "Bu keçmişdəkilərin əfsanələridir" - deyər". ("Mutəffifin" 7-13).

Qiyamət günü qurulan məhkəmə - ədalət məhkəməsidir. Burada heç kimə zülm edilməz. Əgər insan pis iş görübsə, cəzalanar, əgər yaxşı iş görübsə, mükafatlandırılar.

Fərz edin ki, idarədə işləyirsiniz və iş saatından beş dəqiqə çox vaxt işləyirsiniz. Sizin müdir onu görmür, ancaq Allah hər şeyi görəndir və bunun mükafatını sizə verəcəkdir. Bütün etdikləriniz əməl dəftərində qeyd edilər. İnsan əgər vəzifədədirsə, bir imzaya görə çox sayda rüşvət ala bilər. Heç kim də bundan xəbər tutmaz. Ancaq Allahdan qorxduğu və xəcalət çəkdiyi üçün bu işi görmür və həmin imzanı vəzifəsi olduğu üçün atır.