Qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd xeder ayrılıb FOTO


Digərləri 25 İyl 2019 21:12:00 276 0

Qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd xeder ayrılıb  FOTO

Azərbaycanda qarğıdalı və günəbaxan yığımına hazırlıq gedir.

Son.az Trend-ə istinadən bildirir ki, respublika ərazisində 33 948 hektar qarğıdalı, 16 235 hektar günəbaxan əkilib.

Azərbaycan Respublikasında taxıl yığımı artıq başa çatmaq üzrədir. Yığım başa çatdıqdan sonra - avqust ayında qarğıdalı və günəbaxan sahələrinin biçininə və yığımına başlanması nəzərdə tutulub.

Artıq ölkə ərazisində yığım mövsümünə başlamaq üçün hazırlıq işləri həyata keçirilir. Bu dövrdə qarğıdalı sahələrinin biçini və yığımı üçün "Aqrolizinq" ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin istifadəsində olan kombaynlar yeni mövsümdə istifadəyə hazırlanıb. Hazırda qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd, günəbaxan məhsulunun yığımı üçün isə 8 ədəd kombayna birləşdirilən xeder ayrılıb. Qeyd edək ki, "Aqrolizinq" ASC-nin təchizat bazalarında 40 ədəd yem-qarğıdalı xederi, 9 ədəd yem-günəbaxan xederi mövcuddur. Qarğıdalı və günbaxan istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər və təsərrüfat subyektləri bu texnikaları lizinq yolu ilə satın alaraq istifadə edə bilərlər.


Xəbərə aid fotolar