İyunda Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollardan çox artıb


Digərləri 25 İyl 2019 21:18:00 263 0

İyunda Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 600 milyon dollardan çox artıb

2019-cu ilin iyununda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ilin iyun ayı ilə müqayisədə 644,300 milyon dollar artaraq 789,259 milyon dollar təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

2019-cu ilin iyununda Türkiyənin Azərbaycana ixracı 598,551 milyon dollar, Azərbaycandan idxal isə 190,708 milyon dollar təşkil edib.

Nazirlik qeyd edib ki, 2019-cu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 674,574 milyon dollar artaraq 1, 578 milyard dollar təşkil edib.

2019-cu ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana ixracatı 1,197 milyard dollar, Azərbaycandan idxal isə 381.413 milyon dollar olub.

Qeyd edək ki, 2019-cu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 26,683 milyard dollardır.