Bakıda qətl törədən keçmiş məhkum saxlanıldı


Digərləri 25 İyl 2019 20:52:00 210 0

Bakıda qətl törədən keçmiş məhkum saxlanıldı

Araşdırma aparılır.

Bakı. İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb. Araşdırma aparılır.