Həftədə 3 tikə balıq yemək bağırsaq xərçənginin


Digərləri 25 İyl 2019 20:45:00 249 0

Həftədə 3 tikə balıq yemək bağırsaq xərçənginin

Alimlər bağırsaq xərçəngindən qorunmaq üçün həftədə 3 tikə yağlı balıq növü yeməyi məsləhət görür.

Son.az medicina.az-a istinadən bildirir ki, beynəlxalq qrupun keçirdiyi böyük araşdırmanın nəticələrində məlum olub ki, həftədə 300 qram  balıq yeyənlərdə bağırsaq xərçəngi riski dəfələrlə azalıb.

Tədqiqatçılar 520 min avropalınım qidalanma məlumatlarını araşdırıb. Bu insanlar 15 il ərzində sutka ərzində yediklərinin hesabatını aparıblar. Bu illər ərzində onlardan 6200 nəfərdə kolorektal - yoğun bağırsaq şişi aşkarlanıb.

Məlum olub ki, həftəyə 360 qr, yəni standart 100 qramlıq 3 tikə balıq yeyənlərdə bundan az miqdarda balıq yeyənlərə nisbətən bu xərçəng növü 14% az rast gəlinib.