Ağlamaq ürək üçün çox faydalıdır –


Digərləri 25 İyl 2019 20:30:00 249 0

Ağlamaq ürək üçün çox faydalıdır –

Müntəzəm olaraq ağlamaq ürək üçün faydalıdır. Bunu Avstraliya universitetinin alimləri bildirib. Aölamaq ürək əzələ yığılmasının tezliyini stabilləşdirir, insanı sakitləşdirir, kədər və stres anında ürəyə düşən ağırlığı azaldır.

Son.az medicina.az-a istinadən bildirir ki, elmi tədqiqatda 197 qadın iştirak edib. Onlar 17 dəqiqə kədərli və emosional videoya baxıblar. 17 nəfər bu filmə baxarkən ağlayıb, qalanları isə sakit qalıb.

Bundan sonra iştirakçılar fiziki stresə məruz qalınıb, onlar əllərini buzlu suya salıb, bir müddət saxlayıblar. Bu zaman tədqiqatçılar onların ürək ritmini ölçüb, tənəffüsünü yoxlayıb və ağız suyundan stress hormonu üçün analiz götürüblər.

Nəticələrdən məlum olub ki, əvvəl ağlayan qadınlarda tənəffüs və nəbz stabil olub, ürək yığılmasında problem yaşanmayıb. Digər ağlamayan qadınlarda isə fiziki stress daha ağır keçib. Amma stress hormonu kortizolun miqdarı hər iki qrupda eyni olub.

Alimlər belə qənaətə gəlib ki, ağlamaq, xüsusən ürəkdən ağlamaq insanın bioloji homeostazını saxlayır. Bunun nəticəsində daxili stabillik qorunur, ürək yığılmaları və təzyiq normada qalır.